Şrift:
Ermənistan təhlükəsizlik tədbirləri ilə əlaqədar Azərbaycanla sərhədin yaxınlığından keçən Berd-İcevan avtomobil yolunu bağlayıb
25.10.2013 [11:38] - Gündəm, Hərb
Ermənistanın Tavuş vilayətində yerləşən, Azərbaycanla sərhədin yaxınlığından keçən Berd-İcevan avtomobil yolu bağlanıb.


APA-nın “Panorama” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib.



Onun sözlərinə görə, həmin avtomobil yolu son günlər həmin ərazidə vəziyyətin gərgin olması ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə bağlanıb. A. Ovanisyan əlavə edib ki, hazırda həmin ərazidə vəziyyət nisbətən normaldır.



Qeyd edək ki, oktyabrın 22-də Azərbaycan hərbçiləri ermənilərin növbəti təxribatının qarşısı alıb. Həmin vaxt Tovuz rayonu istiqamətində cəbhə xəttində erməni hərbçiləri daşıyan nəqliyyat vasitəsi atəşlə vurulub.



Bir neçə saat sonra Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib. Məlumatda Berd-İcevan yolunun Paravakar sahəsində baş vermiş hadisə zamanı əsgər Qarik Artakoviç Poqosyanın (Vanadzor hərbi komissarlığından - 1994-cü il təvəllüdlü) öldüyü, əsgər Artur Seroboviç Andranikyan (Vayk komissarlığı, 1994-cü il təvəllüdlü), Araik Norikoviç Jamqaryan (Masis, 1994) və Martin Vaqramoviç Petrosyanın (Masis, 1994) güllə yaraları aldıqları bildirilib.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed