Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyasının bəyanatı
25.10.2013 [14:46] - Xəbərlər, MDH
MDHP milli düşüncənin siyasi mərkəzidir!

Milli Dirçəliş Hərəkatı Partiyasının sürətli inkişafı və milli düşüncə sahiblərinin siyasi mərkəzinə çevrilməsi artıq ölkənin siyası məkanında narahatlıq doğurmaqdadır. Bir çox siyasilərin qısqanc yanaşması , dağıdıcı qüvvələrin təlaşı başadüşüləndir. Çünki, bu cür hallar Azərbaycan cəmiyyətində yeni deyildir. Bizim partiya 2005-ci ildə keçirdiyi təsis qurultayından bu günəcən davamlı olaraq təziqlər və təpkilər altında fəaliyyət göstərmişdir. Bunun bir çox səbəbləri vardır. Partiya sıralarının sürətlə artması, fərqli struktura və çağdaş milli ideologiyaya söykənməsi və nüfuzlu lider ətrafında partiya mənsublarının sıx birləşməsi və s. kimi bu məqamlar istər istəməz bir çox siyasilərdə narahatlıqlar və qısqanclıqlar yaratmışdır ki, nəticə etibariylə Partiyamız davamlı olaraq hücumlara məruz qalmışdır. Lakin, MDHP yarandığı gün ortaya hansı hədəfləri qoyubsa, heç bir təziqə baxmayaraq, heç bir yanılmaya yol vermədən həmin hədəflərə döğru irəliləyir. Azərbaycanın problemlərinə adekvat fəaliyyət göstərən departamentlər ölkənin bütün ərazilərini əhatə edir. Mətbuat vasitələrimiz ideoloji xətdən kənara çıxmadan fəaliyyət göstərmiş, heç vaxt fəaliyyətində ona-buna cavab verməklə səhifələrini doldurmamışdır.Təşkilatımız Azərbaycana dost olmayan ölkələrin layihələrində yer almadan milli maraqları bütün maraqlardan üstün tutan sabit xəttə malikdir. Cəmiyyət bizim fəaliyyətimiz barədə kifayət qədər məlumatlıdır və demək olar ki, ölkənin ən aktiv siyasi təşkilatlarından biri kimi davamlı olaraq izlənirik.
Qeyd etdiyimiz kimi, bütün bunlar siyasi palitrada bəzi qruplar tərəfindən qısqanclıq və narahatlıqla müşahidə olunmaqdadır və partiyamız haqqında mənfi rəy formalaşdırmağa cəhdlər edirlər.

Xəbər portallarının birində dövlət büdcəsindən partiyalara ayrılan maliyyə vəsaiti ilə bağlı MDHP haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirilib. Ona görə də bu məslə ilə bağlı bəyan edirik ki, MDHP 2003-cü ildə yaranıb və yaranandan üzvləri müstəqil yox, partiya mənsubiyyəti göstərilməklə seçkilərə qatılıblar. Parlament seçkilərində millət vəkili seçilmiş Fərəc Quliyev MDHP-nin sədri kimi seçkilərə qatılıb. Partiyanın qeydiyyatı isə 6 il Ədliyyə Nazirliyi tərəfindəm gecikdirilsə də qeydiyyata alınıb və MDHP sədri ilə Parlamentdə təmsil olunur. MDHP-nin fəaliyyətində qanuna zidd olan heç nə yoxdur.

Biz MDHP olaraq bir daha bəyan edirik ki, bizim fəaliyyətimiz milli maraqlar üzərində qurulmuş, çağdaş və bütün ölkəni əhatə edən bir sistem üzərindədir. Bizim fəaliyyətimizdə qanunsuzluq axtaran və bizim fəaliyyətimizə ləkə yaxmaq istəyənlər layiqli cavablaraını alacaqlar. Biz artıq miilli düşüncənin siyasi mərkəzinə çevrilmişik! Şərəfli yolda bütün partiyadaşlarımıza və təsübkeşlərimizə uğurlar arzulayırıq!

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed