Şrift:
Marqvelaşvili: Gürcüstan dünyaya göstərdi ki, azad xalq öz hökumətini özü seçir
28.10.2013 [13:36] - Gündəm, Siyasət
"Exit-poll"un nəticəsinə əsasən prezident seçkilərində əminliklə liderlik edən prezidentliyə namizəd Giorgi Marqvelaşvili öz tərəfdarlarına və Baş nazir Bidzina İvanişviliyə təşəkkür edib.
G.Marqvelaşvili deyib: "Bizi vətənə sevginin birləşdirdiyini göstərən siyasi komandaya dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim üçün çox vacib, ciddi və nüfuzlu şəxs olan Bidzina İvanişviliyə minnətdaram. Onun sayəsində ötənilki və builki qələbə qazanıldı. Biz dünyaya göstərdik ki, azad xalq öz hökumətini özü seçir".
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, G.Marqvelaşvili seçkilərdə səslərin 63,82 faizini toplayıb.
Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed