Şrift:
Erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejimi bir neçə istiqamətdə pozulub
29.10.2013 [10:09] - Gündəm, Hərb
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi yenidən pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Seysulan və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed