Şrift:
Xəzər adaları şəhərində 800 min insan yaşayacaq
29.10.2013 [11:31] - Gündəm, Sosial
“Xəzər adaları” şəhərində (“Khazar İslands”) artıq stadionlar kompleksi istifadəyə verilmişdir və təqribən 2 aydan sonra bəzi kafe və restoranlar da fəaliyyətə başlayacaqdır.
“Avesta” konserninin rəhbəri İbrahim Nehrəmli bildirmişdir ki, 2014-cü ilin mart ayınadək bütün restoranlar kompleksinin tikintisi başa çatdırılacaqdır. Yay aylarında isə çimərlik kompleksinin açılması planlaşdırılır.
Layihəyə görə, “Xəzər adaları” şəhərində tikinti işləri 2030-cu ilədək yekunlaşdırılacaq, burada 800 min insan yaşayacaq, gündəlik 200 min turistin qəbulu üçün şərait yaradılacaqdır. Həmçinin burada 600 min nəfər üçün iş yerinin açılması nəzərdə tutulmuşdur.
Bütün bunlar Azərbaycana xarici turistlərin cəlb edilməsinə və bu sahənin inkişafına güclü təkan verəcəkdir.
Bu xəbər oxucular tərəfindən 1886 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed