Şrift:
Rabitədə yeni xidmət
30.10.2013 [13:34] - Sosial
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi SMS-sorğu vasitəsi ilə mobil telefonun IMEI kodunun yoxlanılması üzrə yeni xidməti istifadəyə vermişdir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, abonent yeni xidmətdən istifadə zamanı mobil qurğunun IMEI kodunu SMS-lə “1677” nömrəsinə göndərməklə onu maraqlandıran suallara cavab tapa bilər. Xidmətdən Azərbaycanın hər üç mobil operatorunun abonentləri istifadə edə bilərlər.
Yeni xidmətin qiyməti 30 qəpikdir.
Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed