Şrift:
Təcilli Tibbi Yardım stansiyaları gücləndirilmiş iş rejiminə keçib
25.11.2011 [15:21] - Sağlıq
Havaların kəskin soyuması ilə əlaqədar Bakı şəhəri üzrə bütün Təcilli Tibbi Yardım stansiyaları gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimin müavini Zemfira Vahidova məlumat verib. Z. Vahidova deyib ki, ötən gündən başlayaraq paytaxtda yolların buz bağlaması nəticəsində 12 nəfər yıxılaraq xəsarət alıb. Onlardan 10-u xəstəxanalara yerləşdirilib.

Z. Vahidova həmçinin qeyd edib ki, paytaxtın avtomobil yollarında xəsarətlə 4 yol nəqliyyat hadisəsi baş verib ki, həmin hadisələr nəticəsində 4 nəfər xəstəxanalara yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed