Şrift:
Azərbaycanda onlayn ödəmə portalının istifadəçiləri artıb
31.10.2013 [13:07] - Sosial
“Hesab.az” onlayn ödəmə portalının istifadəçilərinin sayı sürətlə artmaqda davam edir.
Onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 80 min 700 nəfərə çatmışdır.
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” mobil operatorların, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələri, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus plastik kartlar vasitəsilə ödəmək imkanı verir.
Qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet aça, ödəniş tarixçələrini apara və bonus kampaniyasında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər.
Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini, həmçinin cib telefonları vasitəsilə “m.hesab.az” mobil resursdan da ödəmək olar.
Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed