Şrift:
Rusiyalı hərbçi: Müharibə başlasa, Ermənistanı müdafiə edəcəyik
01.11.2013 [13:11] - Gündəm, Hərb
“Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün hərbi yola baş vurduğu halda Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edəcək”.
Bunu Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinski Rusiyanın “Krasnaya Zvezda” nəşrinə müsahibəsində bildirib.
Bundan əlavə, Ruzinski Ermənistan ərazisində “Smerç” reaktiv artilleriya (topxana) qurğularının bir neçə batareyasının olduğunu təsdiqləyib. Onun sözlərin görə, 102-ci hərbi bazanın əsasını “S-300” zenit-raket kompleksi, MİQ-29 təyyarələrindən ibarət döyüş eskadrilyası və “Smerç” artilleriya batareyaları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed