Şrift:
Təhsil Nazirliyindən imtahanlarla bağlı açıqlama
02.11.2013 [12:46] - Sosial
Ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir
Təhsil Təhsil Nazirliyi tərəfindən ali məktəblərdə imtahanların yazılı, yaxud test üsulu ilə aparılaması məsələsinə aydınlıq gətirilib.
Nazirliyin saytında verilən məlumata görə, ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir. Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli əmri ilə təsdiq edilən bu proses , “Ali məktəblərin kurs imtahanları və məqbulları haqqında Əsasnamə”sinə əsasən icra edilir.

Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli əmri ilə ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” təsdiq edilib. Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed