Şrift:
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında növbəti hərbi təlimlər keçirirlər
26.11.2011 [14:15] - Gündəm
Ermənistan Silahlı Qüvvələri işğal altında saxladıqları Azərbaycan ərazilərində yenidən hərbi təlimlər keçirməyə başlayıblar.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün saat 12 radələrindən etibarən Ağdamın işğal altında olan ərazilərindən güclü partlayış səsləri eşidilir.

Ermənilər ağır artilleriya və zirehli texnikalardan istifadə etməklə manevrlər keçirirlər. Cəbhəyanı yaşayış məntəqələrinin sakinləri APA-ya bildiriblər ki, təlimlərdə motoatıcı silahlardan istifadə olunduğu da aydın müşahidə edilir.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed