Şrift:
Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi 60,8 milyon dollara çatıb
04.11.2013 [12:39] - Gündəm, Hərb
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 milyon 200 min 151 manat (1 530 024 ABŞ dolları) artıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Fondun Azərbaycan valyutası ilə hesabındakı vəsait noyabrın 1-i tarixinə 47 586 569 AZN, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 ABŞ dolları, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. ABŞ dolları və avro hesablarındakı vəsaitin həcmində dəyişiklik olmayıb. Rus rublu ilə olan hesaba isə mədaxil olmayıb.

Bununla 1 noyabr tarixinə Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 60 milyon 878 min 793 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed