Şrift:
Azərbaycan Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinə Ermənistandan şikayət edib
26.11.2011 [17:01] - Gündəm
Noyabrın 25-də Azərbaycanın Gəncə şəhərində 1,8 bal gücündə zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib. Q. Yetirmişlinin sözlərinə görə, zəlzələ hiss olunmayıb.

Ermənistan mətbuatı isə respublikanın seysmoloji xidmətinə istinadən dünən saat 21:16-da Azərbaycanın Şəmkir rayonunun 9 kilometr şimal-qərbində 3-4 bal gücündə zəlzələ baş verdiyi haqda məlumat yayıb.

Lakin Q. Yetirmişli Ermənistan tərəfinin yaydığı bu məlumatın həqiqətə uyğun olmadığını bildirir: “Ermənistan tərəfinin bu məlumatı ilə bağlı artıq Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinə müraciət etmişik. Biz əvvəllər də ermənilərin yaydıqları bu tip məlumatlarla bağlı həmin təşkilata müraciət göndərmişik. Bu dəfə bir daha onlara bildirdik ki, erməni tərəfi həqiqətə uyğun olmayan məlumat yayıb. Azərbaycanda baş verən zəlzələlər haqqında düzgün məlumatlar yalnız bizim yaydığımız rəsmi məlumatlarımız sayılmalıdır”.

Q. Yetirmişli dünən Gəncədə baş vermiş zəlzələnin gücünün zəif olması səbəbindən bu barədə RSXM-in saytında məlumat yerləşdirmədiklərini deyib.
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed