Şrift:
Görmə qüsurlu insanlar üçün smart eynək yaradılıb
05.11.2013 [14:40] - Sağlıq
ABŞ-ın Oksford Universitetinin alimləri görmə qabiliyyəti məhdud olan insanlar üçün çoxfunksiyalı smart eynək yaradıblar. Dünya işığından məhrum olmuş insanların əksəriyyəti işıq və hərəkəti qavramaq iqtidarındadır və hazırlanan qurğu məhz bu imkanlardan istifadə məqsədini daşıyır.

Alimlərin sözlərinə görə, bu eynəklərin funksiyaları zəif görən adamlara yollarında meydana gələn maneələr haqqında təkcə ümumi təsəvvür əldə etməyə deyil, həm də avtobus dayanacağı, qapı oyuğu və ya şəxsi əşyalar kimi faktiki obyektləri tanımağa imkan verir.

Bu eynəklər vasitəsilə toplanan informasiya təsvir üçün üzvi işıq diodlu (OLED) şəffaf displeyə köçürülür.

Smart eynək obyektlərə qədər olan məsafəni müəyyənləşdirən kamera və infraqırmızı proyektorla, eləcə də kompas, “GPS” peyk naviqasiya sistemi və hiroskop (bədənin səmt bucaqlarının dəyişməsinə reaksiya verən qurğu) ilə təchiz olunub
Bu xəbər oxucular tərəfindən 1146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed