Şrift:
Urmiyanın Aşıq musiqi məktəbi qeyri-maddi irs kimi qeydiyyatdan keçib
05.11.2013 [16:10] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Urmiyənin “Aşıq” musiqi məktəbi qeyri-maddi irs kimi qeydiyyatdan keçib. Qərbi Azərbaycan Aşıqlar Mərkəzinin müdiri Daryuş Əlizadə mətbuata bu barədə deyib: Urmiyənin “Aşıq” musiqi məktəbi ölkədə və hətta dünyada ən qədim və əsl aşıq məktəbidir. Uzun illər fəaliyyət və başqa vilayətlərlə rəqabətdən sonra bu məktəb 165 nömrə ilə qeyr-maddi miras siyahısında qeydiyyata alındı”.
O aşıq sənətini bütün dünya türklərinin əsil ortaq sənəti olduğunu xatırladaraq deyib: İranda bu musiqinin müxtəlif məktəbləri var. Bütün dünya mütəxəssislərinin fikrincə Urmu aşıq məktəbi ən qədim və ən əsilidir. Bu məktəb irfan, qəhrəmanlıq və eşq məktəbidir və Qərbi Azərbaycanda 100-dən çox aşıq hazırkı dövrə kimi gəlib çıxan 54 muğamı bölgədə müxtəlif məclislərdə ifa edirlər.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed