Şrift:
Bakıda maraqlı kuklaların nümayişi keçirildi (FOTO)
06.11.2013 [12:18] - Mədəniyyət
“Fusion Doll” II Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunub
Ötən gün “Muzey mərkəzi”nin Kukla Qalereyasında “Fusion Doll” II Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunub.2013-cü il noyabr ayının 5-dən 10-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında və Kukla Qalereyasında “Fusion Doll” II Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunacaq.

Biennalenin rəsmi açılış mərasiminə giriş yalnız dəvətnamə ilə buraxılıb, bu gündən etibarən isə sərbəst olacaq. Dünyanın bir çox ölkələrindən kukla ustadları bir araya toplanıb öz gözəl əl işlərini, insanların baxdıqca zövq aldıqları, möhtəşəm kuklaları nümayiş edirlər.

Biennalenin “Fusion” adlandırılmasının bir neçə mənası var. Bu, həm qədim, həm də müasir musiqi alətlərindən istifadə etməklə şərq və qərb musiqisinin sintezini nəzərdə tutan caz terminidir. Digər mənası, memarlıqda eklektikada istifadə olunur. Beləliklə, özündə dayanıqlı caz ənənələrini və Bakı memarlığının eklektikasını ehtiva edən “Fusion” terminindən klassik, interyer, faşn, konseptual, art obyekt qismində kukla, replikant və kukla sənətinin müxtəlif növlərinin nümayiş etdirilməsi üçün daha uyğunu yoxdur. Çünki o, adı çəkilənlərin hamısını bir kukla axını yaradaraq vahid vizual ansambl şəklində birləşdirir.

Qeyd edək ki,son otuz ildə Rusiya, ABŞ, Almaniya, İtaliya, Litva, Niderland, Fransa, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə mütəmadi olaraq müəllif kuklaları sərgiləri təşkil olunur.

Göz oxşayan,möhtəşəm sənət əsərlərini sizə təqdim edirik.

Bakıda maraqlı kuklaların nümayişi keçirildi (FOTO)
Bakıda maraqlı kuklaların nümayişi keçirildi (FOTO)
Bakıda maraqlı kuklaların nümayişi keçirildi (FOTO)
Bakıda maraqlı kuklaların nümayişi keçirildi (FOTO)
Bakıda maraqlı kuklaların nümayişi keçirildi (FOTO)
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed