Şrift:
BMT Baş Assambleyası üzv ölkələri Qış Olimpiya oyunları zamanı Olimpiya sülhünə riayət etməyə çağırıb
07.11.2013 [11:07] - Gündəm, İdman
BMT Baş Assambleyası yeni qətnamə qəbul edərək, təşkilata üzv ölkələri Qış Olimpiya oyunları zamanı “Olimpiya sülhü”nə riayət etməyə çağırıb.



qətnamədə XXII Qış Olimpiya oyunlarından bir həftə öncədən başlayaraq XI Paralimpiya Qış Olimpiya oyunlarından bir həftə sonrayadək münaqişələri dondurmaq çağırışı yer alıb.



Qeyd edək ki, “Olimpiya sülhü” ənənəsi e.ə. IX əsrdən başlayır. BMT Baş Assambleyası 1993-cü ildən etibarən bu qədim yunan adətini bərpa edib.



BMT baş katibinə və Baş Assambleyanın sədrinə “Olimpiya sülhü”nə riayət olunmasına nəzarət etmək həvalə olunub.



Qeyd edək ki, XXII Qış Olimpiya oyunları 7-23 fevral 2014-cü ildə Soçi şəhərində keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 881 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed