Şrift:
Teleradio kanallarında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələrinə dair konfrans keçiriləcək
07.11.2013 [11:14] - Gündəm, Mədəniyyət
Sabah Milli Televiziya və Radio Şurasında (MTRŞ) şuranın və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cü ilin sentyabr-oktyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçiriləcək.MTRŞ-dən məlumat verilib.



Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin, dilçi alimlərin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.



Qeyd edək ki, monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» Layihəsi əsasında həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed