Şrift:
Aynur Sofiyeva: Azərbaycanda ana və uşaq ölümünün, uşaqlara qarşı zorakılıqların sayında azalma müşahidə edilir
08.11.2013 [11:19] - Gündəm, Sağlıq
Bu gün Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərin IV konfransı çərçivəsində “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” mövzusunda baş ekspertlərin hazırlıq görüşü keçirilir.


Iki gün davam edəcək ekspertlərin hazırlıq görüşündə iki mühüm sənəd qəbul edilərək, noyabrın 11-12-də keçiriləcək İSESCO-ya üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərin IV konfransına təqdim olunacaq.


Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, İSESCO-nun belə məsuliyyətli bir tədbirə ev sahibliyi etmək imkanı yaratması qarşılıqlı fikri mübadiləsinin aparılması üçün mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, konfrans kifayət qədər ciddi bir məsələyə həsr olunub: ”Urbanizasiya XXI əsrin fenomenlərindən biridir. Statistik nəticələrə əsasən, 2050-ci ilə qədər dünya əhalisinin hər 10-dan 7-sinin şəhər əhalisi olacağı gözlənilir. Bu, hər bir ölkəni düşündürən məsələdir. Təbii ki, urbanizasiyanın müsbət və mənfi amilləri var. Mənfi amillər uşaqlara böyük təsir edir. Qarşımızda duran məsələ bu proseslərdə uşaqların hüquqlarının daha çox müdafiə edilməsidir”.


A.Sofiyeva qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi bu gün bəşəriyyəti maraqlandıran və düşündürən məsələlərdəndir. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda da uşaq məsələləri prioritet istiqamətlərdəndir: “Azərbaycanda erkən nikahın qarşısını almaq üçün nikah yaşının qaldırılması, uşaq problemləri, ailə-nikah institutu ilə bağlı təhlillər aparılır. Bu və ya digər işlərin görülməsi mövcud sahədə uğurlu nəticələrin əldə olunmasına səbəb olur. Bunlar statistik nəticələrdə də özünü göstərir. Azərbaycanda ana və uşaq ölümünün, məişət daxilində uşaqlara qarşı zorakılıq faktlarının sayında azalma müşahidə edilir”.


İSESCO-nun eksperti Sadiq Rəşid İslam ölkələrində uşaqların hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edib.
Bu xəbər oxucular tərəfindən 2480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed