Şrift:
Rusiya BMT Təhlükəsizlik Şurasında islahat aparılmasına qarşı çıxır
08.11.2013 [11:39] - Gündəm, Siyasət
BMT Təhlükəsizlik Şurasında islahat aparılması məsələsi Baş Assambleya çərçivəsində müzakirə olunub.Iştirakçılar TŞ-ni daimi üzvlərinin tərkibinin genişləndirilməsi və veto hüququnun tətbiqinin məhdudlaşdırılmasını müzakirə ediblər.

Lakin Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin TŞ-nin kompakt tərkibinin və veto hüququnun saxlanılmasına tərəfdar olduqlarını bildirib. O deyib ki, genişləndirilmiş tərkibin daha asanlıqla qərarlar qəbul edəcəyini düşünmək doğru deyil, əksinə, üzvlərin sayının artırılması TŞ-nin problemlərə operativ və effektiv reaksiyasını zəiflədə bilər.

Qeyd edək ki, TŞ-nin islahatına dair işçi qrup 20 ildir fəaliyyət göstərməsinə baxmayaraq, bu islahatla bağlı razılıq əldə etmək mümkün olmur.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed