Şrift:
"Mən Azərbaycanlıyam – Bədii qiraət” müsabiqəsi keçirilib
13.11.2013 [09:36] - Gündəm, Gənclik, Afişa
“Hicaz Production” və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar elmlər liseyində 9 noyabr Bayraq Gününə həsr olunmuş “Mən Azərbaycanlıyam” bədii qiraət müsabiqəsi keçirildi. Tədbiri giriş sözü ilə açan “Hicaz Production”un rəhbəri Ayaz Məmmədov, tədbir iştirakçılarını salamlayaraq tədbirin keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi. Müsabiqədə 20 şagird növbə ilə ölməz şairlərin Vətənə, bayrağa aid şeirlərini səsləndirdi. Sonra münsiflər heyəti 20 nəfər arasından ən yaxşı şeir oxuyan şagirdlərə 10 ballıq sistemlə səs verərək, ilk üçlüyü müəyyən etdi. Qaliblər və onların ifa etdikləri şeirlər isə belədir: 1. Bəxtiyar Vahabzadənin “Bayraq” şeiriylə Nuranə Babazadə; 2. Almas İldırımın “Əsir Azərbaycanım” şeiriylə Şirin Alpənahova; 3. Abbas Səhhətin “Vətən” şeiriylə Əliyev Qərib. Layihənin ideya müəllifi və icraçısı Ayaz Məmmədov açıqlamasında gənc nəslin ədəbiyyata olan marağını gördükcə çox sevindiklərini və bu cür layihələri davamlı olaraq həyata keçirəcəklərini bildirdi. Sonda isə “Hicaz Production”un rəhbəri və eləcə də, layihənin ideya müəllifi və icraçısı Ayaz Məmmədov “Gənc nəslin təlim-tərbiyəsinə, ədəbi mühitin inkişafına göstərdiyi xidmətə görə” mükafatıyla təltif olunub.
"Mən Azərbaycanlıyam – Bədii qiraət” müsabiqəsi keçirilib

"Mən Azərbaycanlıyam – Bədii qiraət” müsabiqəsi keçirilib

"Mən Azərbaycanlıyam – Bədii qiraət” müsabiqəsi keçirilib

"Mən Azərbaycanlıyam – Bədii qiraət” müsabiqəsi keçirilib

"Mən Azərbaycanlıyam – Bədii qiraət” müsabiqəsi keçirilib

"Mən Azərbaycanlıyam – Bədii qiraət” müsabiqəsi keçirilib

"Mən Azərbaycanlıyam – Bədii qiraət” müsabiqəsi keçirilib


Samir Aslan
Bu xəbər oxucular tərəfindən 1444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed