Şrift:
Azərbaycan və Çexiya siyasi dialoqu aktivləşdirməyi planlaşdırır
13.11.2013 [14:18] - Gündəm, Siyasət
Gələn il üçün Çexiyadan Azərbaycana bir sıra rəsmi səfərlər planlaşdırılıb. Bunu çərşənbə günü Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə deyib.
Onun sözlərinə görə, planda Çexiya parlamentinin, xüsusi ilə Yuxarı Palatanın nümayəndə heyətinin səfərləri, həmçinin ilin birinci yarısında xarici işlər nazirlikləri arasında məsləhətləşmələri davam etdirilməsi var.
T.Tağızadə qeyd edib ki, ikitərəfli və çoxtərəfli formatda siyasi əməkdaşlığın perspektivlərini nəzərdən keçirmək də planlaşdırılır: "Eyni zamanda gələn il yüksək səviyyədə qarşılıqlı səfərlərin davam edəcəyinə ümid etməyə əsas var".
Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed