Şrift:
Avropa Məhkəməsi Azərbaycandan ölkəsinə ekstradisiya olunmaq istəməyən Rusiya vətəndaşı ilə bağlı qərar verib
15.11.2013 [09:03] - Gündəm, Hüquq
Rusiya vətəndaşı çeçen Hacı Çankayevin iddiasına baxan Avropa İnsan Haqları Məhkəməsi (AİHM) onun Azərbaycandan Rusiyaya ekstradisiyasını qanunsuz saymayıb. Bu barədə AİHM-in rəsmi saytı xəbər verir.
Məhkəmə Avropa Konvensiyasının 13-cü maddəsinin (effektiv hüquqi müdafiə hüququ) pozulduğu qənaətinə gəlib.

Məlumatda bildirilir ki, qərar qüvvəyə minənə qədər H.Çankayev Rusiyaya ekstradisiya oluna bilməz.

H.Çankayev 2006-cı ildə çeçen silahlı qruplaşmasının üzvü kimi təqsirli bilindiyi cinayətlər üzrə 6 il azadlıqdan məhrum olunub.

2012-ci ilin iyun ayında Rusiya H.Çankayevin ekstradisiyası üçün Azərbaycana müraciət edib. H.Çankayev isə bu qərardan şikayət verib.
Bu xəbər oxucular tərəfindən 936 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed