Şrift:
Bişkekdə II Beynəlxalq Qırğızıstan-Azərbaycan Gənclər Forumu keçiriləcək
19.11.2013 [11:09] - Gənclik, Türk dünyası-Turan
Forumun məqsədi iki ölkənin gəncləri, dövlət strukturları səviyyəsində gələcək əməkdaşlıqla bağlı aktual məsələlərin müzakirəsidir
Azərbaycan Noyabrın 20-21-də Bişkekdə II Beynəlxalq Qırğızıstan-Azərbaycan Gənclər Forumu keçiriləcək.Qırğızıstanın Əmək, Miqrasiya və Gənclər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, forumun məqsədi iki ölkənin gəncləri, dövlət strukturları səviyyəsində gələcək əməkdaşlıqla bağlı aktual məsələlərin müzakirəsidir.

Həmçinin forumda tələbə özünüidarəsi, tərəfdaş təşkilatlar və QHT-lər, iki ölkənin gəncləri üçün müasir çağırışlar və onların həlli yolları məsələlərinə baxılacaq.

Məlumata görə, tədbirdə Qırğızıstanın əmək, miqrasiya və gənclər naziri Aliyasbek Alımkulovun və Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevin iştirak edəcəkləri gözlənilir.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed