Şrift:
BMT komitəsi İranda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul edib
21.11.2013 [10:38] - Güney Azərbaycan xəbərləri, Hüquq
Sənəddə İranda insan haqlarının ciddi şəkildə pozulmasından narahatlıq ifadə olunur. Lakin sənəddə İran prezidentinin insan hüquqlarının, xüsusilə qadınlar, etnik azlıqların vəziyyətinin yaxşılaşdırılması və ifadə azadlığı ilə bağlı verdiyi vədlər təqdir olunur.

Qətnamədə həmçinin H.Ruhaninin mülki hüquqlarla bağlı təşəbbüsü alqışlanaraq, İrandan üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi və konkret addımlar atması istənilir.

Qeyd edək ki, qətnamə BMT Baş Assambleyasının üçüncü komitəsində 83 lehinə, 36 əleyhinə və 62 ölkə bitərəf qalmaqla qəbul edilib. Ancaq BMT Baş Assambleyasında son səsvermə prosesi gələn ay həyata keçiriləcək. BMT Baş Assambleyasının üçüncü komitəsinin 193 üzvü olduğundan, bu qətnamənin heç bir hüquqi nəticəsi olmasa da, İrana qarşı bir qədər beynəlxalq təzyiqləri artıracaq və onu dünyadan təcrid etmiş olacaq. Ona görə də İranın qətnamənin qəbul edilməməsi üçün ciddi səy göstərdiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 995 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed