Şrift:
İnter-in sabiq qapıçısı ingilis klubunun hədəfində
21.11.2013 [13:45] - İdman
Braziliya millisinin qapıçısı Julio Sezar karyerasını İngiltərənin digər klubu “Mançester Siti”də davam etdirə bilər. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Belə ki, cari mövsümdə əsas heyət qapıçısı Co Hartın çıxışından narazı qalan “şəhərlilər” yanvarda Sezarı transfer etmək istəyir. Məlumatda o da qeyd olunur ki, “Mançester Siti” Hartla 34 yaşlı qapıçını dəyişmək variantını da nəzərdən keçirəcək.

Qeyd edək ki, 2005-2012-ci illər ərzində İtaliya “İnter”ində də çıxış edən Sezar Ötən mövsümdən KPR-in şərəfini qoruyur.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed