Şrift:
Ermənistan Erebuni hərbi aedromunu rus ordusuna verir
21.11.2013 [14:40] - Gündəm, Hərb
Aeroporta aid olan ərazilərdə Rusiyanın 102-ci hərbi bazası yerləşək
Region Ermənistan Müdafiə nazirliyi "Erebuninin" hərbi aeroportuna aid olan əraziləri Rusiyanın 102-ci hərbi bazasına vermək qərarına gəlib.
Bunu Ermənistanın müdafiə nazirinin müavini Ara Nazaryan, hökumətin bu gün keçirilən iclasında deyib.

Bununla bağlı hazırladıqları layihəni hökumətin müzakirəsinə təqdim etdiyini bildirən A.Nazaryan, qeyd edib ki, aedromun helikopter eskadrilyası üçün dayanacaq yeri, inzibati-iqtisadi binalar və yanacaq-sürtkü materialları saxlanılan anbarlar üçün ərazilər Rusiya ordusuna veriləcək.

Onun sözlərinə görə, qətnamə Ermənistan-Rusiya hökümətlərarası komissiyasının 8-ci iclasının protokolu çərçivəsində qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed