Şrift:
Haqqa xidməti özünə vəzifə edən: Şah Qubad Şirvani
29.11.2011 [04:01] - Türkün şanlı tarixi
“Kəşf və kəramət, möcüzələr riyazətlər yəni nəfsin istəmədiklərini etməklə hasil olar. Adama lazım olan marifətullaha, Allahu Təalanı tanımaya qovuşmaqdır. Marifətullah isə, bir Allah adamını, yetişmiş və yetişdirə bilən bir rəhbəri tanımaqla olar”

Şah Qubad Şirvani vəlilərin öndə gələnlərindəndi. Mövlana Şah Qubad da deyilir. Şirvanda anadan olub, doğum tarixi dəqiq bilinməsə də, 1543-ci ildə (H. 950) Şirvanda vəfat etdiyi bildirilir. Müəlliminin türbəsi yanına dəfn edilib.
Şah Qubad Şirvani, Şirvan Sultanı Quru Xəlilin qohumu idi. Sultan ona bəylik vermişdi. Bir müddət idarəçilik etdikdən sonra Allahu Təalanın lütf və lütfkarlığı ilə dünya malını və mövqesini tərk edib, özünü Allahu Təalanın yoluna həsr edir. Əvvəl Məhəmməd Ruqiyyənin söhbətlərini dinlədi, sonra da övliyanın böyüklərindən Baba Ömər Ruşeninin tələbəsi oldu. Özündən yüksək mənəvi elmləri öyrənib icazet aldı.

Şah Qubad həzrətləri ümmi idi. Lakin Allahu Təalanın lütf və lütfkarlığına qovuşaraq, Lövhü məhfuz ona göstərildi. Bir çox alimlər bilmədiklərini gəlib ondan soruşardı. Çünki o, Allahu Təalanın lütfkarlığı ilə alim olmuşdu. Yanına gələn böyük alimlər onu görüncə, özlərini dəryada bir damla su kimi görərdilər. Mövlana Şah Qubadın bütün övladı və nəvələri alim, fazil və saleh bir şəxs oldular. Beydavi Təfsirinə haşiyə yazan Allame Sadrüddinzade onun nəvələrindəndir.

Şah Qubad həzrətləri ümmi olduğu halda, ibadət ilə əlaqəli məsələləri çox yaxşı bildiyindən, alimlərə səhvlərini söyləyərdi. “Mən bir ümmi adamam, lakin bu məsələni belə bilirim” deyərək, o alimin səhvini bilvasitə söyləyərdi. Yanına gələn bir çox böyük alim, onun böyüklüyünü qəbul edərək yanından ayrılardı.
Abdülməcid Əfəndi adında müftilikdən ayrılmış və xalqdan uzaqlaşmış bir şəxs vardı. Dağlarda gəzər, bir çox möcüzələri vardı. Hər kəs onu böyük bilər və inam göstərərdi. Lakin Abdülməcid hansısa böyük şəxsə tabe olmamışdı. Şah Qubad həzrətləri üçün də yaxşı danışmazmış: “O ümmi, oxuma yazması olmayan biridir. Necə insanlara rəhbərlik edə bilər? Doğru yolu necə göstərə bilər?” deyərdi. Şah Qubada Abdülməcid Əfəndinin möcüzələr göstərdiyindən bəhs edilincə; “Kəşf və kəramət, möcüzələr riyazətlər yəni nəfsin istəmədiklərini etməklə hasil olar. Adama lazım olan marifətullaha, Allahu Təalanı tanımaya qovuşmaqdır. Marifətullah isə, bir Allah adamını, yetişmiş və yetişdirə bilən bir rəhbəri tanımaqla olar. İndi Abdülməcidi irşad edək” deyərək buyurdu. Sonra Abdülməcid Əfəndinin qaldığı dağdakı mağarasına vardılar. Onu tapıb söhbət etdilər. Bu sırada Abdülməcid Əfəndi kəramət göstərmək istədi. Lakin müvəffəq ola bilmədi. Bu əsnada Şah Qubad onun qulağına əyilib; “Ya Allah!” dedi. Bunun üzərinə Abdülməcid Əfəndi haldan hala düşdü, özündən gedib yerə yıxıldı. Şah Qubad da tələbələri ilə birgə dərgaha döndü. Abdülməcid Əfəndi, uzun müddət o halda qaldıqdan sonra özünə gəldi. Şah Qubad həzrətlərinin getdiyini görüncə, qalxıb düz şeyxin evinə gəlib qapısını döydü. Şah Qubad, kimdir, dediyində; “Molla Abdülməciddir” cavabını verdi. Şah Qubad: “Bura mədrəsə deyil. Sən müfti bir adamsan. Biz isə ümmi bir adamıq” deyir və qapını açmır. Bir müddət keçdikdən sonra Molla Abdülməcid qapını təkrara döyür. Şah Qubad içəridən yenə, kimsən, deyir. Molla Abdülməcid bu dəfə də; “Şeyx Abdülməcid” cavabını verir. O zaman Şah Qubad içəridən ona: “Bizə şeyx lazım deyil, Siz dərgahlara gedin” deyir. Şeyx Abdülməcid çarəsiz qalıb artıq qapını döymədən gözləməyə başladı. Bir az sonra Şah Qubad qapını açdı. Şeyx Abdülməcidi içəri dəvət etdi. Şeyx Abdülməcid bir müddət Şah Qubadın yanında yetişib icazət alır.

Şirvanda Molla İvaz adı ilə məşhur, zühd və hörmət sahibi, dünyaya düşkün olmayan və şübhəlilərdən qaçan kamil bir şəxs vardı . Molla İvaz bir gün axırdakı heyvanların yanına gedib, bir buzovun ipini açaraq öz boyuna taxır və heyvanların arasına qatılır. Bu halı görənlər, vəziyyəti Mövlana Şah Qubada bildirirlər. O da; “Öz əli ilə belə etdi isə nə qədər gözəl; “Allahu Təala üçün təvazö edəni, Allahu Təala yüksəldər” buyurmuşlar” deyir.
Yenə bir gün Molla İvaz, mənəvi pərdələr açılınca eşqə gəlib, öz nəfsinə; “Ey qabiliyyətsiz İvaz! Sənin yerin heyvanlar axırıdır, hələ insan olmadın” dedikdən sonra, ikinci dəfə bir heyvanın ipini başına keçirir. Onun bu halını təkrar Mövlana Şah Qubada bildirirlər. O da dərhal gəlib, onun boyundakı ipi çıxarır. Ona sarılıb; “Ey Molla İvaz! Bizi yandırdın, yetər artıq” deyir. O anda Molla İvaz, Allahu Təalanın bir çox lütf və lütfkarlıqlarına qovuşdu. Sonra Mövlana Şah Qubad ona xilafət verərək, tələbə yetişdirməsi üçün təkrar dərgahına göndərdi.

BAŞ ÜSTÜNƏ ƏFƏNDİM

Ömər Ruşəni həzrətlərinə tələbə olması belə izah edilir: Qarabağda Baba Ömər Ruşəni həzrətləriylə qarşılaşınca, ona tələbə olmaq istəyini bildirir. Ruşəni həzrətləri; “Bu qızıl zərli paltarlarını sat, yerinə əba al gey, kölə və xidmətçilərini burax” deyir. Şah Qubad; “Başüstünə Əfəndim!” deyərək, bütün qiymətli əşyalarını satır. Əldə etdiyi minlərlə qızılı Ruşəni həzrətlərinə gətirir. Sonra tələbəliyə qəbul edilib nəfsinə çətin gələn şeyləri dəf edərək müəlliminə candan xidmət edir. Ruşəni həzrətlərinə tam olaraq bağlanır. Şah Qubad elmini tamam etdikdən sobra Ruşəni həzrətləri ona icazət verir. İllər əvvəl Şah Qubadın ona veriyi qızılları da özünə verib, Şirvana göndərir. O pulla dərgah və məscidlər tikir. Orada insanları yaxşı bir müsəlman olaraq yetişdirməyə çalışır.

BİR ÜMMİYİ MÜƏLLİM ƏLDƏ EDƏSİN!

Söyləyirlər ki, Molla İvaz çöllük bir yerdə, qırx otaqlı bir bina inşa etdirib, qırx böyük alimə dərs verərmiş. Dərs verdiyi bu qırx alimin hər birinin də ayrı-ayrı dərs verdikləri yerləri vardı. Bundan ötəri, Molla İvaza qırx məclisli deyərdilər. Bu şəxs, gündüzləri oruc tutar, gecələri ibadətlə məşğul olardı. Lakin, təsəvvüf böyüklərinin söhbətində heç olmamışdı. Yalnız zahiri elmlərlə məşğul olardı. Təsəvvüf yolundakılara da yaxşı gözlə baxmazdı. Bir gün bəzi tələbələr, onun yanında Şah Qubad həzrətlərinin haqqında irəli geri danışrılar. “Şeyx Şah Qubad, oxuma yazması olmayan bir cahildir. Onun yanında olanlar da ona uyğun gəlmiş cahillərdir” dedilər. Molla İvaz bu vəziyyət qarşısında, dərs verdiyi qırx alim tələbəsinə; “Hər biriniz təsəvvüf yolunda olan küfr və günah üzrə olduqlarını bildirən məsələləri və fətvaları yığıb gətirin. Şəxsən gedib onlara səhv yolda olduqlarını söyləyərik. Əgər bu hallarından imtina etsələr, onların dəlalətdən və bu səhv yoldan xilas olmalarına vəsilə olmuş olarıq. Əgər bu hallarından imtina etməzlərsə, hakim haqqlarında lazım olanı edər” deyir.

Müəllimlərinin əmri üzərinə, tələbələrin hər biri böyük səy sərf edib, istənilən fətvaları hazırladılar. Mövlana Şah Qubadı sevənlərin gəldikləri bir gündə, ona, Molla İvazın onun haqqında fətva hazırladığı və gəlmək üzrə olduğu bildirilincə, yalnız; “Hasbünallah” deyib, əsla alınmır. Molla İvaz tələbələri ilə məhəllə kənarına qədər gəldiyi halda, onda hər hansı bir dəyişiklik olmadı və normal halını pozmadı. Molla İvaz bu vəziyyətə qızıb; “Elmdəki zəifliyini göstərməmək üçün belə edir, çölə çıxmır. Artıq yaxşıca aydın oldu ki, haqqında isnad edilənlər həqiqətən doğrudu” deyə düşündü. Bu düşüncələr içərisində Şah Qubadın olduğu otağa girir. Şah Qubad, onlar gəlincə ayağa qalxır: “Buyurun əfəndilər” deyərək oturmaları üçün yer göstərir. Oturduqlarında, Mövlana Şah Qubad başını önünə əydi. Bu sırada Molla İvaz tələbələrinə; indi sözə başlayın deyə işarə etdi. Lakin tələbələrdən heç biri, özlərində danışma taqəti tapa bilmədi. Danışması üçün müəllimlərinə xahiş etdilər. Molla İvaz da danışmaq istədi, lakin o da danışa bilmədi. Şeyx Şah Qubadın tasarrüfunun onları tutduğunu anlayıb; “Şeyx həzrətləri, biz qonağıq, bizə elm süfrənizdən bir şeylər ikram edin” deyərək xahiş etdidlər. Bunun üzərinə Mövlana Şah Qubad, kəlam elmindən təsəvvüfü bir tərzdə sözə başladı. Mövzular halında izah edərkən, kəlam elminin dərin məsələlərinə bələd idi. Orada olanlar, onun izah etdikləri dərin məlumatlar qarşısında heyran qaldılar. Çünki bir neçə gün əvvəl Molla İvazdan Şərhi Mevakıfı oxuyarkən, bir cümlənin izahı tələbələrə bağlı qalmış, onu həll etmələri mümkün olmamışdı.

Şeyx Şah Qubad, kəlam mövzularını izah edərkən, onların anlamadıqları o cümləni də asan və aydın bir şəkildə izah edir. Tələbələr çaşmış bir halda bir-birlərinə baxarkən, Molla İvaz da Şah Qubad həzrətlərinin təsəvvüf elmindəki qüvvətini və gözləri qarşısında olan kəramətini görüncə, istər istəməz; “İnsaf dinin yarısıdır” deyərək, Şah Qubad haqqında söylədiyi sözlərə tövbə edib, halallıq dilədi və tələbəliyə qəbul edilməsini xahiş etdi. Bunun üzərinə Mövlana Şah Qubad; "Sən ki, Şirvan məmləkətində qırx məclisli Molla İvaz olasan da, bir ümmiyi müəllim əldə edəsən” deyir. Molla İvaz; “Sultanım, Allahu Təalaya həmd olsun ki, bizə həqiqət göstərildi. Bizim və bizim kimilərin sui zənnlərindən və səhv düşüncələrindən zati aliniz uzaq imiş. Lakin bu ana qədər qara çöhrəmiz, saf, təmiz və parlaq bir aynaya rast gəlmədi. Öz ayıblarımızı görməyib, ayıblarımızı başqalarına isnad etdik. Əlhəmdülillah indi öz pis camalımızı gördük. O parlaq ayna ilə şərəfləndik. “Mömin, möminin aynasıdır” hədisi şərifinin mənasın tərəfindən, sizin parlaq və cilalanılmış aynanıza baxmaq surətiylə; öz səhvlərimizi gördük” deyərək, halını ifadə etdi. Şah Qubad həzrətləri də, Molla İvazı və tələbələrini bağışlayaraq, hamısını tələbəliyə qəbul etdi. Molla İvaz və ona tabe olan tələbələrdən bəziləri, bu yolda çox yüksəldilər. Çünki Mövlana Şah Qubad, onlara xidməti özünə vəzifə əldə etmişdi.

Könül Sultanlarının iziylə: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 1654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed