Şrift:
Araz qələbə ilə başladı
26.11.2013 [13:49] - İdman
Azərbaycan çempionu "Araz" futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində keçirdiyi ilk oyunda qələbə qazanıb.
Hollandiyanın "Eyndhoven" komandası ilə qarşılaşan təmsilçimiz rəqibini 6:3 hesabı ilə məğlub edib.
"Eyndhoven"in qapısından topları Auqusto, Edu, Rafael, Biro Jade, Vitali Borisov və Amadeu keçirib.
"Araz" bu gün Bakı vaxtı ilə saat 22:00-da, Portuqaliyanın Almada şəhərindəki "Complexo Municipal dos Desportos" İdman Kompleksində Macarıstanın "Qyor ETO" klubu ilə qarşılaşacaq.
Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed