Şrift:
Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq müzakirə olunacaq
27.11.2013 [09:41] - Xəbərlər, Gündəm
Brüsseldə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əməkdaşlıq müzakirə olunacaq.Avropa Azərbaycan Cəmiyyətinin verdiyi xəbərə görə,"dəyirmi masa" Aİ-Azərbaycan əməkdaşlığı, təhsil və gənclər sahəsində layihələrə dair keçiriləcək. Tədbirdə Avropa Parlamentinin üzvü Katarina Nevedalova və Avropa Komissiyasının baş direktorunun təhsil və mədəniyyət məsələləri üzrə müşaviri çıxış edəcəklər.

Qeyd edək ki,"Dəyirmi masa"da, həmçinin Azərbaycanın Belçikada və Aİ-dəki səfiri Fuad İsgəndərov, eləcə də Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Xəzər İbrahim iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed