Şrift:
Azərbaycan diasporu ermənilərin yalanını açdı
27.11.2013 [13:22] - Diaspor
Ermənilərin yekun bağlanış konsertində iştirakı qadağan olunub

Mədəniyyət 2013-cü il 16-21 noyabr tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səma Dini Musiqi Festival"-ında Azərbaycan daxil olmaqla, 12 ölkə təmsil olunub.

Azərbaycanı bu mötəbər festivalda bir çox istedadlı musiqiçilər təmsil ediblər.

Festivalın açılış günündə 3 nəfərdən ikisi erməni olmaqla, Rusiyanı təmsilçilərinin çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb. Buna səbəb, Avetis Manukyan tərəfindən ifa olunan milli musiqi alətimiz olan balabanın Ermənistanın nəfəs musiqi aləti kimi təqdim edilməsi olub.

Bununla yanaşı, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqram kitabçasında Rusiya Federasiyasını təmsil edən iştirakçılardan birinin doğulduğu Xankəndi şəhərinin Ermənistan ərazisi kimi qeyd olunması, Azərbaycan nümayəndələrini özündən çıxarıb.

Nümayəndə heyətinin rəhbəri, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Pərvin Əfəndiyeva, Misirdəki Azərbaycan Diasporu təşkilatının sədri, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Ramil Niftəliyev və Misirdəki Azərbaycan Diasporu təşkilatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəşad Əliyev bu barədə misirli festival təşkilatçılarına və iştirakçılara məlumat verərək, bu məsələ ilə bağlı öz etiraz və iradlarını bildiriblər. Nəticədə ermənilərin yekun bağlanış konsertində iştirakı qadağan olunub.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed