Şrift:
MDHP-GAD-ın İranla Qərb anlaşmasına ötəri baxışı
29.11.2013 [11:00] - Güney Azərbaycan xəbərləri, MDH
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti İran-Qərb analşması ilə bağlı şərh hazırlayıb. “Qafqazinfo” həmin şərhi təqdim edir:




İranla Qərb arasında buzların ərimə mərhələsinə start verilib desək yanılmarıq. Yeni prezident Həsən Ruhani Tehranın xarici siyasətini ABŞ, o cümlədən nüfuzlu Qərb ölkələri ilə əlaqələrin yumşaldılması müstəvisində qurmaqla bölgə və dünya üçün nəticələri müsbət rəy doğuran addımlar atır. Bu mənada onun prezident seçilməsindən sonra Qərblə yumşalma siyasəti aparması diqqətdən yayına bilməz. Əslində seçkidən qabaq onun liberallığını əsas gətirərək Qərblə münasibətlərdə yeni üfüqlər açacağını proqnozlaşdıran siyasi ekspertlər də az deyildi. Lakin İranda prezidentlik ikinci dərəcəli bir institut olduğundan Ruhani heç nəyi dəyişə bilməyəcək. Ona görə ki, İranda əsas söz sahibi Ali Dini Liderdir və görünən də budur ki, məhz onun təkidi ilə rəsmi Tehran nüvə məsələsində Cenevrə konfransında altılıq ölkələri ilə (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa+Almaniya) razılığa gəlib. Qeyd edək ki, razılaşmaya əsasən Tehran 6 ay ərzində Fordu və Nətənz nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, bu obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir. Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır. Bu sövdələşməyə İran Ali Dini Liderinin xoşməramlı reaksiyası da Ruhaninin xarici siyasət kursunda onun rolunu danılmaz edən faktordur. Dini lider Xamneyi əldə olunan sövdələşməni uğur adlandırıb. Bəs Qərb-İran qarşıdurmasının səngidiyi hesab olunan Cenevrə görüşünün perspektivi hansı proqnozları səsləndirməyə əsas verir? İranın beynəlxalq sanksiyaların tətbiqi nəticəsində iqtisadi vəziyyətinin davamlı olaraq pisləşməsini əsas amil kimi göstərə bilərik. Əhalisinin mütləq əksəriyyəti gənclərdən ibarət olan İranda işsizlik problemi təhlükəli həddə yaxınlaşmaqdadır. Belə olan halda İranın nüvə proqramı məsələsində Qərblə qarşıdurma mühitinin aradan qaldırılmasını yaxınlaşmaqda olan iqtisadi fəlakətdən xilasın əsas yolu kimi qəbul etmək məcburiyyətindədir. 2013-cü il 14 iyun prezident seçkilərində praqmatik siyasətçi sayılan Həsən Ruhaninin qalib gəlməsi məlum problemin həlli üçün unikal imkan yaradıb.

Bu ilin sentayabr, oktyabr və noyabr ayları ərzində “5+1” formatı xaricində ABŞ-ın İranla məxfi danışıqlar aparması da son nəticədə sazişin əldə edilməsində həlledici rol oynayıb.

Belə bir sənədin imzalanması ABŞ üçün də hava-su kimi vacib idi.

Məsələ ondadır ki, Yaxın Şərqdə vəziyyət dramatik olaraq qalmaqdadır. İranla qarşıdurma siyasəti ABŞ-ın region siyasətinin uğurunun təminatına ciddi əngəllər yaradır. Belə razılaşmanın əldə edilməsi Suriyaya ABŞ-ın təsir imkanlarını artıra bilər. Geopolitik anlamda əsas rəqibinə çevrilməkdə olan Çinə enerji təhlükəsizliyi baxımından perspektivdə ciddi təsir rıçaqları əldə etmiş olar. Eyni zamanda Rusiyanın regionda enerji ağalığına ciddi zərbə endirilmiş olar.

Bütün bunlardan savayı, Barak Obama administrasiyasının xarici siyasətdə möhtəşəm bir uğura imza atdığı reallığını siyasi opponentləri də etiraf etmək məcburiyyətində qalar. Bu isə öz növbəsində həm Konqresə aralıq seçkilərdə, həm də 2016-cı il prezident seçkilərində hakim Demokratlar partiyasının qalib gəlmək şansını maksimum dərəcədə artırmış olar, razılaşma ilə bağlı proqnozlar 6 ay ərzində İranın üzərinə götürdüyü öhdəliklərə hansı səviyyədə riayət edəcəyindən asılı olacaq. Bu halda İran, yəqin ki, İsrailin bu razılaşmanı “tarixi səhv” adlandırmasına, habelə Səudiyyə Ərəbistanının İrana qarşı sərt mövqedə dayanması kimi reallığa barmaqarası baxmayacaqdır. Üzləşdiyi indiki geopolitik reallıqlarda İranın çevik, xarizmatik və kompromisə meylli siyasəti onu mövcud yeni situasiyanın qalibi edə bilər.

Amma msələ burasındadır ki, İran prezidenti Həsən Ruhani, xarici işlər naziri və başqa rəsmilər əldə olunan razılaşmanı İran rejiminin qələbəsi adlandıraraq İranın nüvə fəaliyyətini dayandırmaycaqını bəyəan edirlər.

İran prezidenti Həsən Ruhani yüz günlük fəaliyyəti ilə bağlı hesabatında bildirib ki, hazırda ölkədə inflyasiyanın yüksəlməsinin qarşısı alınıb: “Hökumət 2014-cü ilin mart ayınadək inflyasiyanı münasib vəziyyətə gətirməyə səy göstərəcək. Cəmiyyətlərarası likvidliyə, həmçinin məsələnin özünün nəzarət altına alınması inflyasiyanın azalmasına mühüm təsir göstərəcək. Bunun nəticəsində son iki ay ərzində inflyasiyanın artmasının qarşısı alınıb. Biz iqtisadi sahədə özümüzə arxalanmaq vəziyyətinə gəlməliyik və xaricdən asılılığımızın səviyyəsini azaltmalıyıq. İranın Ali Dini Lideri də idxalın azaldılmasını istəyir”.

İran prezidenti ölkəsinin xarici siyasət sahəsindəki nailiyyətlərindən də danışıb: “Xarici siyasət həmişə hökumətin prioritetlərini təşkil edir. Dünya səviyyəsində İranofobiya atmosferi yaradıblar. Nəticədə İranla dünya arasında əlaqələr ən minimum həddə çatıb. İranlılar dünyada böyük gücdür. Dünyanın ümumi diplomatiyasında iranlıların rolu olduqca önəmlidir və bunun böyük hissəsini isə iranlı elitalar, həkimlər, alimlər və mühəndislər təşkil edir. Hazırda müxtəlif sahələrdə İranla Rusiya və Çin arasında əlaqələrin güclənməsi üçün müxtəlif planlar hazırlanıb və dünyanın 5 super gücü ilə də konstruktiv əlaqələr yaratmışıq”.

H.Ruhani İranla “Altılıq” ölkələri arasında nüvə məsələsində razılığın əldə olunmasına da toxunub: “Bu anlaşmanın icrası ilə bank sistemində nəzərəçarpacaq dəyişiklik baş verə bilər. Üstəlik, yeni sanksiyalar tətbiq edilməyəcək. Bu isə hazırda İranın hər zamandan daha artıq beynəlxalq arenada aktiv iştirak etməsi deməkdir. Biz heç vəchlə uranın zənginləşdirilməsi prosesini dayandırmayacağıq. Çünki bu məsələni İranın “qırmızı xətt”ı hesab edirik. Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) üzv olan hər bir ölkə dincməqsədli nüvə fəaliyyəti haqqına malikdir və uranı zənginləşdirməni də gündəminə gətirməyə qadirdir. Bizim də elektrik enerjisi və nüvə yanacağını təmin etmək üçün uranın zənginləşdirilməsinə tamamilə ehtiyacımız var”.

İran prezidenti sanksiyaların tezliklə aradan qaldırılmasının vacib olduğunu vurğulayıb: “Biz hazırkı şəraitdə beynəlxalq arenada lazımi fürsətlər yaratmalıyıq. Mənim hökumətim dünya ilə qarşılıqlı əlaqələr quracaq. Hökumət addım-addım “Altılıq” ölkələri ilə hərtərəfli anlaşmanın əldə edilməsi üçün səy göstərəcək”.

İranın xarici işlər naziri Cenevrə razılaşmasının detallarını açıqlayıb. M. C. Zərif bildirib ki, İranın nüvə proqramının ilkin mərhələsindən son mərhələsinədək ölkədə uranın zənginləşdirilməsi prosesinin davam edəcəyi aydın şəkildə yazılıb: “İran öz nüvə proqramı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün əla proqramlara malikdir. Cenevrə razılaşmasının maddələrinə əsasən, İranın bəzi proqramlarının müvəqqəti və məhdud olduğu kimi, qarşı tərəfin də addımları müvəqqəti və məhduddur. Ən əsası da yeni sanksiyaların tətbiq edilməməsidir. Bəzi qeyri-qanuni maneələr, o cümlədən neftin satışı vasitəsilə əldə olunan İranın maliyyə vəsaitlərinin ölkəyə daxil olunmasının qarşısının alınması, eləcə də bank əməkdaşlıqları və fəaliyyətləri aradan qaldırılacaq. Əgər nüvə məsələsində müzakirə tərəfləri arasında siyasi iradə olarsa, bu məsələnin həlli üçün heç bir problem yoxdur”.

İran xarici siyasət idarəsinin rəhbəri nüvə razılaşmasında əksini tapmış sanksiyaların ləğvi ilə bağlı məsələlərdən də danışıb: “Bu sənəddə BMT Təhlükəsizlik Şurasının bütün sanksiyaları, İranın nüvə məsələsi ilə bağlı olan birtərəfli və çoxtərəfli sanksiyaların aradan qaldırılması nəzərdə tutulub”.

M. C. Zərif deyib ki, rəsmi Tehranın son mərhələdə atdığı addım İranın nüvə proqramının yalnız dincməqsədli olaraq qalacağı barədə məntiqi narahatlıqların aradan qaldırılması üçün bir anlaşmaya varmaq idi: “İran torpağında dincməqsədli nüvə fəaliyyətləri və uranın zənginləşdirilməsi prosesində heç bir dəyişiklik baş verməyəcək”.

Amma ABŞ rəsmiləri yuxarıda qeyd olunan İran rəsmilərinin dediklərinin tam əksini deyir.ABŞ dövlət katibi Kenri İranla anlaşılan məsələlərin detallarını açıqlayaraq bildirib ki bu şərtlər iran tərəfindən qeyd şərtsiz yerinə yetirilməlidir.

Razılaşmaya əsasən Tehran 6 ay ərzində Fordu və Nətənz nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, bu obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir. Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.

Xatırladaq ki,İrnala qərb arasında müvəqqəti barışıq iranda xarici valyuta və qızılın qimtətlərinə təsir göstərib.Son məlumata görə İranda dolların qiməti 10% ucuzlaşıb və qızılın qiməti 8% bahlaşıb.

Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncani noyabrın 25-də jurnalistlərə açıqlamasında İranın Qərblə Cenevrədə apardığı nüvə danışıqlarından və əldə edilmiş müvəqqəti razılaşmadan danışıb.

Rəfsəncani deyib ki, İranın 5+1 qrupu ilə Cenevrədə apardığı müzakirələr nüvə danışıqlarının ən çətin və mürəkkəb mərhələsi olub: “Bu mərhələdə İranın Qərb ölkələri ilə münasibətlərindəki buz əriməyə başladı. Güman edirəm ki, növbəti mərhələlərdə danışıqlar daha asan və adi şəkildə aparılacaq. Baxmayaraq ki, bəzi şərhçilər danışıqların növbəti mərhələsinin daha çətin olacağını vurğulayırlar.

İranla Amerika arasında dialoqlar aparılması bundan əvvəl bir tabuya çevrilmişdi. Hesab edirəm ki, bu tabu artıq sındırılıb və mən həmin müzakirələrin davam edəcəyinə ümidvaram. Bu tabu asanlıqla sındırıla bilməzdi. Həm də güman edirəm ki, Amerika olmasaydı, nüvə danışıqlarında da hər hansı irəliləyiş olmayacaqdı”.

Yuxarıda qeyd olunanları nəzərə alsaq görərik ki,İranla Qərbin müvəqəti anlaşması hələki söz olaraq qalmaqdadır. İran rəsmilərinin səsləndirdiyi fikirlərlə ABŞ rəsmilərinin fikirləri üst üstə büşmür. Qərb dövlətləri İrandan bütün nüvə fəaliyyətinin dayandırmaqı tələb edir və bu əssasda iranla razılıq əldə olunduqunu bildirir. Amma İran rəsmiləri nüvə fəaliyyətini dayndırmaycaqını bildirir.

Xatırladaq ki, İran rejimi daxilində Amerika və Qərb dövlətlərilə hər hansı bir barışın olmasına qarşı olan kifayət qədər güc sahibi olan düşərgə var və onların bu məsələyə münasibəti bir mənalı deyil. Həmin düşərgə dəfələrlə bəyan edib ki, İranın nüvə fəaliyyəti sona qədər davam edəcək və hər hansı bir güzəştlərdən söhbət gedə bilməz. Bu radikal düşərgə İranın İnqilab Keşikçiləri Korpusu (Sepah) komandanları və Ali Dini Lider, Ali Baş Komandan Seyid Əli Xamneyidir. İranda ilk və son sözü o deyir. Sepah komandanalrı və Xamneyi dəfələrlə bəyan ediblər ki, İranın nüvə fəaliyyətini müzakirə mövzusu etmək qırmızı xətti keçməkdir ki, biz buna icazə verməyəcəyik.

MDHP Güney Azərbaycan Departamenti
Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed