Şrift:
İrandan Azərbaycana qadağan olunmuş maye gətirən şəxslər tutulub
29.11.2013 [12:45] - Hadisə
İrandan Azərbaycana qadağan olunmuş maye gətirən şəxslər tutulub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Xudiyev və Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Elman Qarayev İran İslam Respublikasından gizli yolla gətirilib, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən apteklərdə satışı və səhiyyə müəssisələrində istifadəsi qadağan olunmuş, narkotik tərkibli göz damcısı olan “Tropin” mayesini 200 ədəd “Naftizin” dərman preparatının flakonlarına qablaşdıraraq satarkən tutulublar.



E.Qarayevin Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı müxtəlif mayelər və şpris götürülüb. Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Bu xəbər oxucular tərəfindən 877 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed