Şrift:
Ali Məhkəmənin Kollegiyası sədri Avropa Məhkəməsinin Əli İnsanovla bağlı Azərbaycana qarşı qərar qəbul etməsinin səbəbini açıqlayıb
30.11.2013 [12:17] - Gündəm, Hüquq
“Çox təəssüf ki, məhkəmələr əsasən ittiham tərəfinin vəsatətlərini təmin edir”

"Məhkəmələr tərəfindən bəzi qanun pozuntularına yol verilir". Bunu Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin yığıncağında çıxış edən Ali Məhkəmənin Cinayət İşləri Kollegiyasının sədri Şahin Yusifov deyib.



Ş.Yusifov bildirib ki, həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı xeyli problemlər var: “Məhkəmələr prokurorluğun həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimatlarını 98 faiz təmin edir. Bizim tələbimiz ondan ibarətdir ki, bu məsələ ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə qanunvericiliyə əməl edilməli və bu problem həll edilməlidir. Ali Məhkəmənin sədri Ramiz Zeynalovun da fikri belədir ki, əgər Avropa Məhkəməsi Azərbaycana qarşı qərar qəbul etsə, həmin işdə pozuntuya yol vermiş hakim gəlib Plenumda izahat verəcək. Əli İnsanovun işində hakim müdafiəçinin əlavə şahidin çağırılıb dindirilməsi barədə vəsatətini təmin etməyib, ona görə də Azərbaycana qarşı qərar qəbul edilib”.



Kollegiya sədri qeyd edib ki, məhkəmə həqiqəti müəyyən etməlidir: “İşi obyektiv araşdırmaq lazımdır. Çox təəssüf ki, məhkəmələr əsasən ittiham tərəfinin vəsatətlərini təmin edir. Əgər hansısa hakim müstəqil qərar qəbul edə bilmirsə, ədalətli hökm çıxara bilmirsə, elə öz xoşu ilə hakimlikdən getməlidir”.
Bu xəbər oxucular tərəfindən 1019 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed