Şrift:
Mustafa Dənizli rəsmən "Xəzər Lənkəran"ın baş məşqçisidir
01.12.2013 [18:00] - Gündəm, İdman
"Xəzər Lənkəran" futbol klubunun boş qalan baş məşqçi postuna yeni çalışdırıcı təyinatı gerçəkləşib.
Klubun saytı məlumat verir ki, "Xəzər Lənkəran" klubu Türkiyə futbolunun tanınmış simalarından biri, məşqçilik karyerası bir çox titullarla zəngin olan Mustafa Dənizli ilə 1 il yarım müddətinə müqaviləyə imza atıb.
Dünən Lənkəranda "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovla görüşərək bir sıra detalları müzakirə edən M.Dənizli bu gün atdığı imza ilə klubun rəsmən yeni baş məşqçisi olub.
Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed