Şrift:
Akademik Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyası çapdan çıxıb
05.12.2013 [11:44] - Gündəm, Mədəniyyət
Ölkəmizin ən nüfuzlu elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının Mər¬kəzi Elmi Kitabxanası “Azərbaycanın Elm və Mədəniyyət Xadimləri” seriyasından görkəmli dövlət xadimi, Azərbaycanın xalq yazıçısı, ədəbiyyatşünas və publisist, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun əsərlərinin biblioqrafıyası Azərbaycan, rus və ingilis dillərində çap olunub.Nəşrin tərtibçi müəllifləri filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və İsmət Səfərovdur. AMEA Rəyasət Heyətinin sərəncamına əsasən hazırlanan, professor Teymur Əhmədovun və Firəngiz Hüseynovanın redaktorluğu ilə işıq üzü görən biblioqrafiyada Mirzə İbrahimovun 1930-201l-ci illər arasında Azərbaycan, rus, türk, fars, ingilis və digər xalqların dillərində nəşr olunmuş kitabları, məcmuə, konqress, elmi sessiya və konfrans materiallarını, eləcə də dövri mətbuatda dərc edilmiş ədəbi-tənqidi və publisistik məqalələrini, habelə müxtəlif qəzetlərə verdiyi müsahibələrini əhatə edir. Göstəricidə əvvəlcə M.İbrahimovun kitabları, sonra dövri mətbuatda çıxmış əsərləri verilib. Ədəbi- tənqidi və publisistik məqalələri isə xronoloji qayda ilə sistemləşdirilib. Yazıçının həyat və yaradıcılığı haqqında, eləcə də tərcümə etdiyi əsərlər ayrıca bölmələrdə öz əksini tapmışdır. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə Mirzə İbrahimovun əsərlərinin və onun haqqında yazan müəlliflərin adları əlifba göstəricisi də verilib. Həmçinin görkəmli elm və mədəniyyət xadimlərinin M.İbrahimov haqqında fikirləri də biblioqrafik-göstəricidə öz əksini tapıb. Biblioqrafik-göstərici xalq yazıçısı Mirzə İbrahimov haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir.
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed