Şrift:
Futbolçular isti havada fasilə edəcək
06.12.2013 [12:40] - İdman
FİFA-nın qərarına əsasən hər 30 dəqiqədən sonra futbolçulara susuzluqlarını yatırtmaq üçün su içmək imkanı veriləcək
Futbol 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları zamanı havanın temperaturu 32 dərəcədən çox olacağı təqdirdə matçlarda fasilə yaranacaq.

“İTAR-TASS” agentliyinin verdiyi xəbərə görə, bunu Braziliya mətbuatı yayıb. Mənbənin yazdığına görə, belə qərar FİFA tərəfindən verilib. Qərara əsasən hər 30 dəqiqədən sonra futbolçulara susuzluqlarını yatırtmaq üçün su içmək imkanı veriləcək.

Xatırladaq ki, Braziliyada keçiriləcək dünya çempionatı 2014-cü il iyun ayının 12-dən iyul ayının 13-dək davam edəcək. Bu ölkədə həmin ərəfədə çox böyük ehtimalla Natal, Fortalez, Resifi və Manays şəhərlərində havanın temperaturu 32 dərəcədən çox olur. Futbolçular həmçinin San-Paulu və Rio-de-Janeyro şəhərlərində də havanın sürpriz temperaturu ilə də rastlaşa bilərlər.
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed