Şrift:
Barak Obama İranı sanksiyalarla hədələyib, əgər o, Cenevrə sazişini yerinə yetirməsə
08.12.2013 [19:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyalar rejimini sərtləşdirməyə yenidən söz verib, əgər o, Cenevrədə əldə olunmuş sazişə əməl etməsə. İTAR-TASS agentliyi bu barədə məlumat verir.
"Biz sanksiyalar rejiminin mahiyyətini yumşaltmırıq, lakin Tehrana kiçik pəncərə veririk. Əgər yaxın altı ay ərzində İran sazişə getmək istəmədiyini göstərsə, biz sanksiyalara doğru qayıdacağıq", - Obama Vaşinqtondakı Brukinqs adına tədqiqat institutunda öz çıxışında deyib.
Amerika prezidenti vurğulayıb ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi təsir göstərib.
"İran iqtisadiyyatının həcmi ötən il təxminən 5 faiz azalıb. Tətbiq etdiyimiz sanksiyalar ona gətirib çıxarıb ki, Tehranın neft satışından gəlirləri təxminən iki dəfə azalıb", - Obama bildirib.
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed