Şrift:
Publisist yazar Qətibə Məmmədqızı haqda qısa arayiş
09.12.2013 [12:49] - Afişa, Mədəniyyət
Qətibə xanım vətənini və xalqını alovlu məhəbbətlə sevən, millətin tərəqqisi üçün öz qələmilə əyər-əksiklərlə mübarizə aparan, yeri gəldikcə tərifə layiq məqamları fərəhlə işıqlandıran ziyalı qadınlarımızdan biridir. Yalnız Azərbaycan daxilində deyil, xarici ölkələrdə fəaliyyət göstərən və azərbaycanlılara dəstək olan iş adamlarımızla da əlaqə yaradıb onlarla görüşlərini yazılarında işıqlandırmışdır. Söylədiklərimizə münasib onun ”Vətən ziyalıları” kitabının “Vətəndən uzaqlarda” bölməsindəki Rusiyada fəaliyyət göstərən iş adamlarımız haqqındakı maraqlı xatirələrini təqdim etmək olar. Ümümiyyətlə, Qətibə xanım beş əsərində qələmə almış olduğu mövzularda xalqımıza və vətənimizə istər iqtisadi, istərsə də elmi fəaliyyətilə xidmət edən Azərbaycan vətəndaşlarının səmərəli işləri haqqında fəxrlə, sevinc dolu məlumatlar verir...
Vətənpərvər yazarımızın çoxsaylı oxucuları onu yüksək dəyərləndirir, çünki yazdığı mövzular orijinal xüsusiyyətə malik ictimai-siyasi və sosial məlumatlarla zəngindir.
Gələcək yazılarımızda hörmətli yazarımız haqqında məlumatlar təqdim edəcəyik, bu yazı oxucularla Qətibə xanım arasında elektron əlaqə yaratmaq məqsədilədir...
Qətibə Məmmədqızının Əsərləri aşağıdakılardan ibarətdir:
“Tanımadığımız tanışlar”, “Dağlar arasında bir kənd var”, “Gənclik gələcəyimizdir”, “Vətən ziyalıları”.
Qətibə xanmın “Vətən ziyalıları” kitabının “Vətəndən uzaqlarda” bölməsində adlarını çəkdiyi soydaşlarımızın gördüyü xeyirxah işlərdən ürək dolusu bəhs edir. Bu bölmədə RF-nın müxtəlif bölgələrində yaşayan və xeyriyyəçi sahibkarlar haqqında məlumatlar verir. Amur vilayətindən Cahid Əliyev, Rostov vilayətindən Süleymanov Rasim, Velikiy Novqoroddan Abbasov həsən, Aşurov Qabil, Reyhan xanım Cahangirova, həyat yoldaşı Rafiq Cahangirov, Voronej şəhərindən Əzizov Hamil, Fətəliyeva Tamara, Borisoqlelbsk şəhərindən Muxtarov İlqar, Misirxanova Tamilla, Mehdiyev Təbib, Məmmədov Ramiz, Hacıxanova Ziyafət, Qurbanov Yelmar, Salmanov Ramil, Şirinov Sərdar, Verdiyeva Nuranə, Verdiyev Nurlan, Verdiyev Telman RF-nın müxtəlif bölgələrində soydaşlarımıza maddi və mənəvi dəstək verən vətənpərvər iş adamlarımızdır...
Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed