Şrift:
Bakı Uşaq Teatrı 53 saylı orta məktəbdə “Həyatla oyun” tamaşası ilə çıxış etmişdir.
09.12.2013 [13:58] - Afişa, Mədəniyyət
Hər zaman maarifləndirmə funksiyaını həyata keçirən Bakı Uşaq Teatrı dekabr ayının I on günlüyünü məhz narkomaniya və spidə qarşı mübarizəyə həsr etmişdir. Bu məqsədlə 53 saylı orta məktəbdə “Həyatla oyun” tamaşası ilə çıxış etmişdir. Bu qarşı mübarizədə Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınmış və 80 layihə arasında ilk üçlüyə düşmüş, narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşasının sayca 150-ci nümayişi idi.
Real həyatdan götürülmüş hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr Spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur.
Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yalnış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir. Hətta narkoman qardaşını pis vəziyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir.
Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Müddəti 1 saat 15 dəqiqədir.

davam.az
Bu xəbər oxucular tərəfindən 1230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed