Şrift:
Rabitə ABŞ millisinin voleybolçusu ilə müqavilə bağlayıb
10.12.2013 [13:42] - Gündəm, İdman
“Rabitə” heyətinə yeni voleybolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu ABŞ millisinin 4-cü zona oyunçusu Cina Mankusonu rənglərinə bağlayıb.


22 yaşlı voleybolçu ilə 3 illik müqavilə imzalanıb. 186 sm boya malik Mankuso son mövsümü Puerto-Rika çempionatında keçirib. O, burada yarışın bombardiri və çempionatın ən yaxşı voleybolçusu olub. Həmçinin, ABŞ-ın U-23 millisinin kapitanı olan Cina bu ilin yayında mundialın ən çox xal toplayan oyunçusu da seçilib.

Ardınca əsas komandaya dəvət olunun “Rabitə”nin yeni transferi ölkəsində son illərin ən yaxşı 4-cü zona oyunçusu sayılır. Mankusoya ulduz həmyerlisi Jordan Larsonun davamçısı kimi baxırlar.

Qeyd edək ki, Cina ölkəsində müxtəlif ştatlararası və universitetlər arası yarışların da qalibi olub.
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed