Şrift:
Davudoğlunun səfəri Ermənistanla yaxınlaşmaq siqnalı ola bilər!
11.12.2013 [10:16] - Gündəm, Siyasət
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dekabrın 12-də İrəvana nəzərdə tutulan səfəri Ermənistanla yaxınlaşmaq siqnalı ola bilər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, Türkiyə 1915-ci il uydurma soyqırımın 100-cü ildönümünə hazırlaşır. Çünki rəsmi Ankara 2014-cü il ərzində saxta soyqırımın rəsmən tanınması ilə bağlı beynəlxalq təzyiqlə üzləşə bilər». Türkiyə mediası Davduoğlunun İrəvanda Azərbaycanın işğal olunmuş ərazilərinin, xüsusilə 5 və ya 7 rayonun boşaldılması məsələsini də gündəmə gətirəcəyini itisna etmir.
İrəvanda isə Davudoğlunun səfərinə xüsusi hazırlaşırlar. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan bildirib ki, Sürix protkollarının yenidən canlandırılması istiqamətində baş tutacaq müzakirələr qarşılıqlı əməkdaşlıq baxamından mühüm əhəmiyyət kəsb edir.
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed