Şrift:
ADMİU-nun 90-illiyininə həsr olunmuş konfrans keçirilmişdir
11.12.2013 [10:18] - Mədəniyyət
Dünən Mədəniyyət və İncəsənət Universitetində “Milli Mədəniyyətin inkişafında ADMİU-nun prioritet mövqeyi” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Unuiversitetin rektoru, professor Timuçin Əfəndiyev açaraq, möhtərəm prezident İlham Əliyevin universitetin 90-illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncamın böyük mədəni-tarixi əhəmiyyətini qeyd etmiş, bu sənədin ADMİU-nun gələcək fəaliyyəti üçün yeni istiqamət açdığını vurğulamışdır.
Timuçin Əfəndiyev sonra ADMİU-nun yaranma tarixindən, keçdiyi inkişaf mərhələlərindən, burada işləmiş böyük alimlərin və dünya şöhrətli sənətkarların mədəbniyyətimizin inkişafındakı tarixi rolundan bəhs etmişdir.
Plenar iclasda prorektor Rafiq Sadıqov “ADMİU-nun inkişaf tarixi” mövzusunda geniş, proqaram xarakterli məruzə etmişdir. Sonra professorlar Aqşin Babayev və Məryəm Əlizadə və başqaları çıxış edərək, Universitetin müasir qloballaşan dünyadakı beynəlxalq rolunu yüksək qiymətləndirmişdirlər.
Konfransda “Nəzəri təhsil: intellekt və təcrübə”, “Bədii təhsildə istedad meyarı”, “Musuiqi təhsilində yaradıcılıq ənənələri və müasirlik”, “Milli rəssamlığın estetik problemləri və tədris istuiqamətləri” kimi seksiyalar üzrə böyük elmi-mədəni əhəmiyyəti olan maraqlı məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
Müzakirələrdə Azərbaycan bədii təhsilinin və milli mədəniyyətimizin dünyaya inteqrasiyası ilə bağlı problemlər gündəmə gətirilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01.03.2013-cü il tarixli sərəncamı ilə bu il dekabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed