Şrift:
Türkiyə ilə sərhədlərin açılması üçün işğal olunmuş iki rayonumuz geri qaytarılmalıdır
11.12.2013 [11:53] - Xəbərlər, Siyasət
Xələf Xələfov: "Sülh prosesinin irəli getməməsinin səbəbi Ermənistan tərəfinin siyasi iradəsinin olmamasıdır"
Azərbaycan "İşğal faktı davam edir, bu istiqamətdə aparılan danışıqlar heç bir nəticə vermir".Bunu jurnalistlərə müsahibəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Türkiyə mətbuatında yayılan məlumatlara aydınlıq gətirərkən bildirib. Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş bir neçə rayonun geri qaytarılması şərtinin irəli sürülməsi danışıqların piredmetidir: "Azərbaycanın bu məsələdə mövqeyi aydındı. Münaqişənin çözülməsi üçün Azərbaycanın ərazi bütövlüyü çərçivəsində işğal olunmuş ərazilərində bütün problemlər həll olunmalıdır".

Nazir müavini həmçinin bildiib ki, Ermənistanın bu məsələdə mövqeyi qeyri konstruktivdir: "Ermənistan bu məsələnin həllinə hələ hazır deyil. Bütün bu sülh prosesinin irəli getməməsinin səbəbi qarşı tərəfin siyasi iradəsinin olmamasıdır".

Xatırladaq ki, bir necə gün öncə Türkiyə mətbuatında yayılnan məlumatlara görə, Türkiyə tərəfi Ermənistanla sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş iki rayonun geri qaytarılması şərtini irəli sürülüb.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed