Şrift:
Misirdə partlayış: bir polis ölüb, 35 nəfər yaralanıb
13.12.2013 [09:42] - Gündəm, Hərb
Misirin təhlükəsizlik xidmətlərinin əməkdaşları bildirirlər ki, ölkənin şərqindəki bazaya hücum nəticəsində bir polis öldürülüb, daha 35 nəfər isə yaralanıb. Bu barədə BBC məlumat verir.
Süveyş kanalının yaxınlığında İsmailiya düşərgəsinin yanında partlayıcı qurğu ilə yüklənmiş avtomobil partladılıb.
Hadisə yerindən verilən məlumatlara görə, partlayışdan sonra atıcı silahlardan intensiv atəş açılıb.
Misirin islamçı prezidenti Məhəmməd Mursinin iyul ayında devrilməsindən sonra ölkədə mütəmadi olaraq yaraqlıların təhlükəsizlik qüvvələri nümayəndələrinə hücumu baş verir.
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed