Şrift:
Dekabr ayının ilk günündə sulu qar və qar yağacaq
29.11.2011 [16:25] - Gündəm
Azərbaycanda qış ayının ilk günündə - dekabrın 1-də hava yenə soyuyacaq, temperatur bir neçə dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı bildirilib ki, dekabrın 1-də havanın qısa müddətə dəyişəcəyi, yağıntılı olacağı, ayrı-ayrı rayonlarda sulu qar, dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və axşam buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, səhər mülayimləşəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed