Şrift:
Almaniyada avrodan imtina planı hazırlanıb
29.11.2011 [16:32] - İqtisadiyyat
Almaniyada avrodan imtina edilərək başqa valyutaya keçmək barədə plan hazırlanıb. İtaliyanın quotidiano.net saytının məlumatına görə, planı Almaniyanın ən nüfuzlu ali məktəbi sayılan Helmut Şmidt adına Hamburq Universitetinin professoru Dirk Meyer hazırlayıb.

Mətbuatın fantastik adlandırdığı ssenariyə görə, hər şey bazar ertəsi günlərindən biri başlanacaq. Həmin gün alman bankları həm yerli vətəndaşlar, həm də xaricilər üçün bağlanacaq. Sabahı gün isə dövriyyəyə yeni avrobanknotlar buraxılacaq ki, bunlar da adi avro əsginaslardan maqnit ştampı ilə fərqlənəcək. Eyni zamanda xaricilərə və yerli vətəndaşlara Almaniyaya köhnə pul nişanları - avro gətirmək qadağan ediləcək. Bu dövrdə dövlət yerli banklara dəstək verəcək. Daha 2 aydan sonra Almaniya avrozonadan çıxacağını bəyan edəcək, ondan sonra isə avrozonanı Hollandiya, Finlandiya və digər ölkələr tərk edəcək.

Alimlərin hesablamalarına görə, bu əməliyyat avronun qorunmasından daha sərfəlidir. Belə ki, haqqında danışılan planda bankların və sığorta şirkətlərinin itkiləri 225-340 mlrd. avro (Almaniya ÜDM-in 10-14%-i qədər) ola bilər. Avronun qorunması üçün səylər isə 560 mlrd. avro vəsait tələb edir.
Bu xəbər oxucular tərəfindən 1290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed