Şrift:
Azərbaycandan Avropaya elektrik enerjisi ixracının başlanma tarixi açıqlanıb
14.12.2013 [09:55] - Gündəm, İqtisadiyyat
Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü çərçivəsində elektrik enerjisinin ixracatına 2014-cü ildə başlanılması planlaşdırılır. Bunu jurnalistlərə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində Azərbaycan ərazisində işlər artıq başa çatıb. Bundan başqa, enerjiötürücü infrastrukturun Gürcüstan hissəsinin açılış mərasimi keçirilib.
E.Pirverdiyev qeyd edib ki, Türkiyə ərazisində işlərin bir hissəsi qalıb: "Həmin işlərin yaxın aylar ərzində başa çatdırılması planlaşdırılır".
Elektrik enerjisinin kommersiya baxımından tədarükü üzrə danışıqlar məsələsinə toxunan ASC sədri deyib ki, danışıqlar aparılır və Türkiyədə işlər tamamlandıqdan sonra danışıqlar da yekunlaşacaq.
Bu xəbər oxucular tərəfindən 768 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed