Şrift:
Ukrayna baş naziri istefaya getməyə hazırdır
14.12.2013 [10:01] - Xəbərlər, Siyasət
Ukraynanın baş naziri Nikolay Azarov istefaya getməyə hazır olduğunu bəyan edib. UNİAN-nın verdiyi məlumata görə, o bunu müxalifətçi Arseniy Yatsenyukla Ümummilli “Dəyirmi masa” zamanı mübahisə edərkən deyib.


Müxalifətçi deputatın “ölkədəki böhrana səbəb baş nazirin öz kreslosundan bərk yapışmasıdır” söyləməsinə Azarov “Mənim öz iradəm var, mən qərarımı verəcəyəm. Amma sən də iradəni ortaya qoy və məsuliyyəti üzərinə götür”, - deyə cavab verib.
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed