Şrift:
Güney Azərbaycan Milli Hökumətinin məğlubiyyəti və azərbaycanlı sürgünlərin qəmli dastanı
16.12.2013 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu günlərdə dünya azərbaycanlıları 21 Azər-Milli Hökumətin yaranmasının 68-ci ildönümü münasibətiylə bağlı müxtəlif mərasimlər keçirirlər.
Bu ərəfədə aşağıdakı yazını təqdim etmək yerinə düşərdi:
Hicri-şəmsi təqvimi ilə 40-ci illərin ortalarında yolum Əndimeşk şəhərinə düşdü. Günorta vaxtı yanımdakı dostumla nahar yemək üçün bir restorana getdik. Əndimeşkdə Azərbaycan adlı restoran bizim üçün xüsusi cazibəli idi. Yemək menyusu, turşular və restoranın ümumi ab-havasından Təbriz iyisi gəlirdi. Kassa massası (dəxl mizi) arxasında oturan restoran sahibi bizi görüncə -hələ heç bir söz deməmişdik- yerindən ayağa qalxdı və Azərbaycan türkcəsində bizə xöşgəldin etdi. Uzaq Əndimeşk şəhərində öz dildaşımıza rast gəlmək bir qənimət idi. Restoran sahibinin diqqəti və onun savalan ətəkləri əhalisinin ləhcəsində danışması, Xuzistanın dəhşətli isti havasında xüsusi həzz verirdi. Restoran sahibinin doğma rəftarı səbəbindən çox mutlu olduq. Xoş-beş edib və bir küncdə oturduq. Yemək yedikdən sonra, çay içmək istədiyimiz zaman restoran sahibi çay məjmeyisini ofisantin əlindən aldı və icazə aldıqdan sonra bizim masa arxasında oturdu. Biraz sonra restoran sahibi ilə mənim dostum arasında söhbət başladı. Restoran sahibinin söhbətlərindən anladım ki, İranın güneyinə sürgün edilən minlər azərbaycanlıdan biridir. Onlar Azərbaycan Milli Hökuməti məğlubiyyətə uğradıqdan sonra minlərlə ölü və məhbuslarla yanaşı –Azərbaycan torpaqlarından uzaq- ölkənin ən ağır şəraitli məntəqələrinə mütəcasir kimi sürgün edilmişdilər. Restoran sahibi enişli-yoquşlu ömür yolu keçməsinə və talehini tərif edərkən kələməlri çox diqqətlə seçdiyinə baxmayaraq, yenədə sürgün illərini xatırladıqca həyəcanlanıb və gözləri yaşla dolurdu. Mənim üçün, Azərbaycan Milli Hökuməti və mütəcasirlərin barəsində mənfi vəya müsbət mənada ata və yaxın adamlardan eşidən və hətta bu hərəkatda iştirak edən bəzilərini tanıyan biri insan kimi, sürgünlərdən birini oda Əndimeşk şəhərində görmək olduqca maraqlı idi.
Sonralarda onlar barəsində eşitdim və Gəncəli Səbahinin müəllifi olduğu “Ötən günlərim” kimi kitablarda o kədərli insanların qəmli dastanını oxudum. 21 Azər qiyamının iştirakçılarından biri Gəncəli Səbahi bu kitabda Milli Hökumət məğlub olunca bir neçə ay həbs edildikdən sonra Loristanın Bədrabadının Müzəffər qalasına sürgün edildiyini, acı sürgün günlərini -hansı ki, işsizlik, yoxsulluq və aclıq onu daha da dözülməz edirmiş- məharətlə təsvir edib.
Baxmayaraq ki, hələdə Azərbaycan Milli Hökuməti barəsində iş aparan təhqiqat mərkəzinə ehtiyac var, ama yenə də mərkəzi hökumətin Azərbaycana hücum etməsi və onun nəticələri çoxlu kitab və məqalələrin mövzusu olub. Lakin bu kitablar və məqalələrin əksəriyyəti bu hökumətin qurulması, onun fəaliyyətləri vəya hökumət məğlub olduqdan sonra mərkəzin hökumətin hərbçiləri və muzdu qüvvələrinin əli ilə həyata keçirilən öl-öldürdən bəhs edib. Bu mənbələrdə İranın müxtəlif bölgələrinə sürgün edilən minlərlə sürgünün həyatına çox az diqqət yetirilib. Onda görədə, bu bəxtsiz sürgünlərin həyat şəraitlərinə işıq tutumaq məqsədi ilə aşağıdakı sənəd dənizdən bir damla ola bilər.
Aşağıdakı sənəd kelk aylıq dərgisi- hicri-şəmsi təqvimi ilə 1376-ci il (1997-ci il) mordad-azər ayları- 89-93 nömrəsi.
Bu yazıda Məsud Behnuş “London məktubları –Təqizadə səfirliyinin İngiltərə dövründən- İrəc Əfşar” kitabına bir şərh yazıb.
Məsud Behnudun yazısı və sənəd olduğu kimi və islah edilmədən təqdim olunur.
Məsud Behnud bu barədə yazır:
Azərbaycan məsələsi ilə bağlı bir zamanlar Başnazirlikdə toplanan sənədlərdə 1327-ci ilin mehr ayında Təqizadənin bir məktubuna rast gəlirik. Bu zamanda o təxminən 10 ildir Tehrana qayıtmış və Təbrizin məclisdəki nümayəndəsi olub. Onun müridi və əlaltısı Hojir baş nazir olub (bu cümlənin mənası dəqiq aydın deyil). O ixlal ki, bir zaman Müzəffər Firuz məktubda Qəvama ehtimal edib, hərbçilər Azərbaycanda əhaliyə rəva görsünlər həyata keçirilmişdir. Təqizadə əhalinin müdafiəsini qalxıb, buda gərçəkdir. Deyilməlidir. Və Hojirə yazıb.
(123/1 nömrəli sənəd)
Nazirlərin rəisi cənabları
İstərdim azərbaycanlı sürgünlərin vətən və evlərinə dönməsi mövzusu ilə bağlı öz fikrimi deyim. Mən bu sürgün düşmüş insanlara əziyyət etməyi qətiyyən qəbul etmirəm və nəyin ki, ümumi əfv qanunu təsdiqləndikdən sonra onlara əziyyət çəkdirmək qanuna ziddir (təəssüflə hələ icra edilməyib) həmdə əslində onların sürgün edilməsi anayasaya düzəlişin 14-cü əslinin əleyhinədir. Və əgər bir neçə nəfəri razı salmaq üçün dövlət bu sürgünlərin qayıtmasına maneə yaradacaqsa, mən məcbur olacam ki, məsələni məclisdə qaldırım və var gücümlə müqavimət göstrim.
Əfv qanununun təsdiqindən bir ay keçib, lakin hər gün İranın mərkəzi və Cənubi vilayətlərindən məhbus və sürgünlərin ah-naləsi mənə çatır. Onlar hələ xilas olmayıblar və onların kiminsə istəyinə görə saxlanılması böyük günahdır. İş o yerə çatıb ki, əzab-əziyyətdən birisi Səbzvarda intihar (zərnix vasitəsi ilə) edir və bir qadın isə Əhvazda üzərinə neft tökərək özünü yandırır.
Çox maraqlıdır ki, davamlı olaraq hərbi qüvvələrin Azərbaycanda hədsiz və lazım olmayan bir şəkildə toplanmasından şikayət edilirdi, ona görə ki, Azərbaycanı bir hərbi düşərgəyə çevirmişdilər. Cavabda isə deyilirdi ki, xaricdən ölkəyə daxil ola biləcək silahlı qüvvələrlə (barzanilər və Qulam Yəhya kimilər) mübarizə üçün lazımdır və indi də fəryad qoparırlar ki, əgər bir neçə ayaqyalın adam Əhvaz və Yəzddən Azərbaycana qayıtsa hazırkı qüvvələr yetərli olmaz və onların sayı artırılmalıdır!
Əgər həqiqətəndə bu sürgünlərin bəziləri iranlı deyil, onda onları öz vətənlərinə göndərmək lazımdır, ama iranlıların öz evinə qayıtmasına maneçilik törətmək olmaz, ola bilsin ki, bəzi şübhə doğuran şəxslər gözaltında olmalıdır, lakin hamısı deyil.
Seyid Həsən Təqizadə
S.Hatəmluy
(yazı farscadan tərcümə olunub)
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed